16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq

“Dünya iqtisadiyyat və iqlim siyasətinin sıx əməkdaşlıq etməli olduğu yeni dövrün astanasındadır”.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “Dubay - Bakı: enerjidən maliyyəyə” sessiyasının iştirakçılarına videomüraciətində deyib.

Nazir qeyd edib ki, əsas məsələ dayanıqlı iqtisadi inkişafı təmin etməklə yanaşı, aşağı karbonlu iqtisadiyyata səmərəli və ədalətli keçidin yollarını tapmaqdır.

M.Babayev xatırladıb ki, iqlim dəyişikliyi beynəlxalq gündəmin əsas mövzularından biridir ki, ətraf mühitdən kənara çıxaraq, iqtisadi və siyasi təsirləri əhatə edir.

Bu problemin həlli yollarından biri də Kioto Protokolu çərçivəsində karbon bazarının inkişafıdır. Nazir beynəlxalq ticarət proseslərinin sabitləşdirilməsi və ölkələr arasında etimadın gücləndirilməsi üçün karbon qiymətinin müəyyən edilməsində ümumi yanaşmaların yaradılmasının zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, enerjinin ədalətli və rəvan keçidinə xüsusi diqqət yetirilir. Bunun həyata keçirilməsi əhəmiyyətli investisiyalar və maliyyə axınlarının yenidən bölüşdürülməsini tələb edəcək. Bu, təkcə çağırış deyil, həm də davamlı və ekoloji cəhətdən təmiz olan yeni iqtisadi modellər yaratmaq imkanıdır.

İqlim maliyyələşdirilməsi məsələlərinin Bakıda keçiriləcək COP29-da əsas mövzu olacağını vurğulayan nazir bir çox qarşılıqlı əlaqəli elementləri nəzərə almalı olan iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılmasının zəruriliyini qeyd edib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?