11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Domeniko Letizia: “Azərbaycan müasir sənayenin inkişafı imkanlarını genişləndirmək niyyətindədir”

COP29-a ev sahibliyi etmək hüququ əldə edən Azərbaycan dünya ölkələri arasında layiqli yer tutur.

Bu sözləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Qafqaz üzrə analitik Domeniko Letizia deyib.

“Azərbaycan elmi, texnoloji, təhsil və akademik potensialı gücləndirməklə müasir sənayenin inkişafı imkanlarını genişləndirmək niyyətindədir. Azərbaycanı Avropanın enerji və ekoloji seçimləri ilə əlaqələndirən ən maraqlı beynəlxalq səylər arasında biz hidrogendən istifadə tendensiyasını görürük. Bundan əlavə, Avropa Komissiyası Qafqaz, Xəzər və Qara dənizləri keçərək uzunluğu 1200 km olan böyük elektrik verilişi xəttinin tikintisinə dair sazişi dəstəkləyir”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetləri müəyyən edilərkən təmiz ətraf mühitə və dayanıqlı enerji artımına malik ölkə yaratmaq qarşıya məqsəd qoyulub. Bundan əlavə, COP29 Təşkilat Komitəsi bu yaxınlarda Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarının 35% azaldılmasına verdiyi töhfəni vurğulayıb.

“Ölkənin üzləşdiyi beynəlxalq seçimlər arasında enerji və ətraf mühit sahəsində əməkdaşlıq, karbohidrogenlərin gələcəyi ilə bağlı debatlar və BMT tərəfindən təşkil edilən iqlim konfranslarının legitimliyi mühüm rol oynayır”, - ekspert bildirib.

O qeyd edib ki, belə dinamika 2022-ci ilin iyul ayından etibarən Avropa Birliyinin Rusiyadan enerji şaxələndirilməsi strategiyasının mərkəzi elementi olan Cənub Qaz Dəhlizi vasitəsilə qaz idxalının iki dəfə artırılmasına dair Memorandum imzalayan Avropa üçün xüsusilə vacibdir.

“COP29-da bir araya gələcək ekspertlər, fəallar və siyasətçilər arasında müzakirələr Azərbaycana karbohidrogen ixracından asılılığın gələcəkdə aradan qaldırılmasına çalışaraq, seçdiyi iqtisadi diversifikasiya yolunu daha da zənginləşdirməyə imkan verəcək. Ölkə enerji sektorunda təcrübə qazanıb, qeyri-neft sektorunun böyüməsi və yeni dayanıqlı texnologiyalar vasitəsilə istehsalın rəqabət qabiliyyətinin artırılması hesabına yenidən işə başlamaq imkanı əldə edib”, - ekspert vurğulayıb.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?