27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsi 9 milyard dollar olub

2023-cü ildə Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dollar olub.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.

O bildirib ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası hazırda Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirir.

“Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi statusunda dövlətlər isə Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cumhuriyyətidir. Ticarətin asanlaşdırılması üzrə strategiya sənədi TDT çərçivəsində ticarət əlaqələrinin inkişafına və biznes mühitinə müsbət təsir göstərəcək. TDT-nin ticarətin asanlaşdırılması strategiya sənədinin icrası ilə bağlı tədbirlər planının hazırlanması məqsədilə bir sıra istiqamətlər müəyyənləşdirilib: regional ticarət sazişlərinin təşviqi, ticarətin asanlaşdırılması fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, ticarət əməliyyatlarının rəqəmsallaşdırılması. TDT çərçivəsində fəaliyyət, cari mühit və gələcək çağırışlar ölkə üçün olduqca əhəmiyyətlidir”, - deyə nazir müavini əlavə edib.

AZƏRTAC

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?