15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır”

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin təmin olunması üçün müxtəlif güzəşt mexanizmləri tətbiq edilir. İqtisadçı ekspert Eldəniz ƏmirovAzərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında bildirib ki, azad edilmiş ərazilərdə iqtisadi reinteqrasiya və biznesin dirçəldilməsi yönündə nəticəyönümlü tədbirlər həyata keçirilir, dövlətin dəstək və güzəşt mexanizmləri tətbiq olunur: “Bu, müxtəlif sahələrdə özünü göstərir. Belə ki, işğaldan azad edilmiş regionlarda fəaliyyət göstərən sahibkarlar 10 il müddətinə bir sıra vergilərdən azad olunublar. Eyni zamanda, həmin ərazilərdə istifadə üçün idxal olunan mallara vergi və gömrük güzəştləri tətbiq edilir, sahibkarların kommunal ödənişləri və sosial yığımları subsidiyalaşdırılır”.

E.Əmirov işğaldan azad olunmuş ərazilərdə sahibkarların investisiya layihələrinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verildiyini vurğulayıb. Bildirib ki, bu mexanizmdə kredit məbləğinin aşağı həddi 5 min manat, yuxarı həddi isə 10 milyon manatdır. Kreditin müddəti 10 ilə qədərdir və illik 5%-lə verilir. Həmçinin “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminə toxunan ekspert, bu mexanizm çərçivəsində sahibkarların bank və bank olmayan kredit təşkilatlarından götürdüyü kreditlərin 90%-ə qədər olan hissəsinə dövlət zəmanəti verildiyini bildirib: “Mexanizm çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. Bu, girov tələbini əvəz edən önəmli bir mexanizmdir. Yəni dövlət zəmanəti olan yerdə banklar məhz buna girov predmetindən daha etibarlı bir variant kimi yanaşırlar. Sahibkarlar, həmçinin banklar və bank olmayan kredit təşkilatları üçün bu, daha əlverişlidir. İş adamları kreditlər üçün subsidiyalardan da istifadə edə bilərlər”.

Qeyd edək ki, sahibkarlar “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminə elektron qaydada müraciət edə bilirlər. Belə ki, həmin ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlar “Elektron kredit və zəmanət” informasiya sistemi vasitəsilə zəmanət və subsidiya üçün müraciətlərini göndərə bilirlər.

E.Əmirov bildirib ki, dövlət zəmanəti banklar üçün girovdan daha əlverişli olduğuna görə, məhz bu mexanizm bankları həmin sahibkarların yanında olmağa təşviq edir: “Bu, işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın qurulması üçün vacib məsələ idi”.

Fərqanə ALLAHVERDİQIZI

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?