28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aydın Hüseynov: “Daxildə emal xüsusi gömrük proseduru yerli istehsalı gücləndirir”

“Dövlət yerli istehsalı gücləndirmək və milli istehsal hesabına daxili tələbatı təmin etmək üçün özəl sektora müxtəlif təşviqlər verir, vergi və gömrük güzəştləri tətbiq edir, xammal və avadanlıqların idxalına stimullar yaradır. Məqsəd ölkədə emal sənayesini inkişaf etdirməkdir”.

Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Nazirlər Kabinetinin “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Qərarını “vergiler.az”a şərh edərkən bildirib.

“Xammalların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi yalnız istehsalçı olub istehsal etdiyi malı ixrac edən şəxslərə şamil olunur. Bu nomenklatura üzrə yerləşdirilən xarici xammallar müəyyən şərtlərlə gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir. Gömrük Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, gətirilən xammalların daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddəti iki ildən artıq olmamalıdır. Gömrük orqanı bu prosedurun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Müəyyən edilən müddət ərzində mallar ixrac edildikdə idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur”, - millət vəkili bildirib.

A.Hüseynovun sözlərinə görə, son illərdə bu sahədə əhəmiyyətli inkişaf meyilləri nəzərə çarpır, milli istehsalın keyfiyyəti yüksəlir. Eləcə də bu siyasətin tərkib hissəsi kimi daxili bazarda ehtiyatların dayanıqlılığını təmin etmək üçün minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılması tənzimlənir:

“Əsas hədəf daxili bazarın qorunması, təminatın sabitliyinin təmin olunmasıdır. Bu cür önləyici tətbirlərin görülməsi ölkəmizdə ən zəruri qida məhsulları ilə bağlı təminatı möhkəmləndirməkdədir. Ümumilikdə son illərdə emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər bu sənaye sahəsinin stimullaşdırılması, yeyinti məhsullarının istehsalının artması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynamaqdadır”.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları