25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4Sİ texnologiyalarının tətbiqi reyestri yaradılır

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə Tədbirlər Planının 1.1.8.4-cü bəndinin "Milli iqtisadiyyatda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması" alt indikatorlarından biri olan “4Sİ texnologiyalarının tətbiqi üzrə reyestrin formalaşdırılması və qiymətləndirmənin aparılması”nın icrası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunub.

Mərkəzin məlumatına görə, bu məqsədlə ölkədə fəaliyyət göstərən dövlət, özəl, eləcə də elm və ali təhsil müəssisələri üçün 4Sİ texnologiyalarının müxtəlif sahələrə tətbiqi istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumatların təqdim edilməsi məqsədilə reyestr formu yaradılıb.

Məlumatların toplanılması 4SİM-ə 4Sİ sahəsində əlaqələndirmənin, əməkdaşlığın, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və koordinasiyasının effektiv həyata keçirilməsinə şərait yaradacaq.

Maraqlı tərəflər linkdən keçid etməklə məlumatları formda yerləşdirə bilərlər: https://4sim.gov.az/az/reyestrApplicationForm

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?