19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyə arasında investisiya qoyuluşu imkanları müzakirə edilib

Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” mövzusunda paneldə birgə əməkdaşlıq imkanlarına nəzər salınıb.

Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri Elşad Nuriyev, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov, İqtisadiyyat İnstitutunun Baş direktoru Nazim İmanov, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin müdir müavini Necip Fazil Kaymak, “Kartaş” MMC-nin direktoru Necmeddin Taşbağ çıxış ediblər. Panel iclas İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin moderatorluğu ilə keçirilib.

Azərbaycan-Türkiyə İnvestisiya Forumunun Bakıda keçirilməsinin iki qardaş ölkə arasındakı birliyi daha da möhkəmləndirdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. İnvestisiya forumu çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar dost ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, iş adamları arasında işgüzar tərəfdaşlığın inkişafında əhəmiyyətli olacaq.

İqtisadi əməkdaşlığımızın bütün sahələrində müsbət dinamika müşahidə olunur. Dövlət başçılarımız ticarət dövriyyəsinin 15 mlrd. ABŞ dollarına çatdırılmasını hədəf olaraq qarşıya qoyub. Birgə layihələrin uğurla icrası, qarşılıqlı sərmayələrin fəal təşviqi və ticarət dövriyyəsinin davamlı artımı bu məqsədə çatmaq üçün əminlik yaradır.

Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin zəngin resursları və əlverişli investisiya mühiti barədə məlumat verilib, qardaş Türk şirkətlərinin bu ərazilərdə aktiv fəaliyyətinin qürurverici olduğu vurğulanıb.

Panel çərçivəsində investisiya mühitimizin təqdim etdiyi səmərəli şərtlər, ölkəmizdə investisiya qoyuluşunun prioritet istiqamətləri, Ələt Azad İqtisadi Zonasında və sənaye zonalarında sahibkarlar üçün yaradılmış imkanlar, xarici investisiyalı müəssisələrin fəaliyyəti, investisiya platformasında dövlət dəstəyi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən investisiya layihələrində iştirak, prioritet sektorlarda biznes layihələrinin maliyyələşdirilməsi barədə müzakirələr aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?