27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkəti Slovakiyada gübrə istehsal edə bilər

Azərbaycanda gübrə istehsalı ilə məşğul olan “Humix” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) özünün təsisçiliyi ilə Slovakiyada birgə müəssisə yaradıb istehsala başlamağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi Etibar Ağalar deyib.

Onun sözlərinə görə, hazırda “Humix” MMC Slovakiyadan daxil olan bu təklifin reallaşdırılması üçün mövcud bazarı araşdırır: “Biz bu təklifə öz vəsaitimizlə deyil, texnologiyamızla dəstək olmağı nəzərdə tuturuq. Slovakiyada təsisçiliyimiz ilə istehsalata başlayarıqsa, məhsullarımızın Avropa Birliyi ölkələrinin bazarlarına daxil olması asanlaşar. Slovakiya ilə qonşu olan Macarıstan və Polşada kənd təsərrüfatı inkişaf etdiyi üçün həmin ölkələrin bazarlarına da daxil olmaq imkanımız var”.

E.Ağalar bildirib ki, hazırda istehsalın necə təşkil olunması araşdırılır. İstehsal üçün yarımfabrikatların Azərbaycandan aparılaraq Slovakiyada qablaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Humix” 2021-ci ildən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinin rezidentidir. Şirkət aqrokimyəvi maddələr və bitki mühafizə vasitələri istehsal edir.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?