13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər "Coursera"da təlimlərə başlayıb

“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər bu gündən "Coursera"da 6 həftəlik təlimlərə başlayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) verilən məlumata görə, beləliklə layihə başlayan vaxtdan (15 sentyabr) bu günə kimi artıq 3000 nəfər ondan faydalana bilib.

“4Sİ Akademiyası” 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “Coursera” onlayn tədris platforması üzərindən 4-cü sənaye inqilabı komponentləri olan süni intellekt, böyük verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla, ümumilikdə 89 sub-kateqoriya üzrə 800-ə yaxın kurs təqdim olunur.

İndiyə kimi 7000 nəfərə yaxın insan platformadan istifadə etmək üçün qeydiyyatdan keçib. Onlardan 72 faizi işləyən, 28 faizi isə işləməyən insanlardır. Ən yaşlı müraciətçi 73 yaşı, ən kiçiyinin isə 9 yaşı var. Qeydiyyatdan keçənlərdən 188 nəfər şəhid ailəsinin üzvü, 116 isə nəfər qazidir. İştirakçıların gender tərkibinə gəlincə, onların 51 faizini qadınlar təşkil edir.

Müraciət edənlər arasında ən böyük təbəqə tələbələrdir (İqtisad Universiteti, BDU və ADNSU). Daha sonra bank və dövlət sektorunda çalışanlar gəlir.

“4Sİ Akademiyası” layihəsinin prioritet məqsədi ölkədə rəqəmsal bacarıqların inkişaf etdirilməsidir. Layihə çərçivəsində 10 minə yaxın şəxsin 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi təlim proqramlarından faydalanması nəzərdə tutulub. Hazırda 129 milyon onlayn istifadəçisi olan “Coursera” platformasında 125 min nəfər Azərbaycan istifadəçisi var.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?