27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rika Nakazava: “Süni intellekt biznesin inkişafında mühüm rol oynayacaq”

İki əsas texnologiya - süni intellekt və blokçeyn Dördüncü Sənaye İnqilabının bir hissəsi kimi iqtisadi inkişafa əhəmiyyətli təsir göstərəcək.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına innovasiyalar və davamlı inkişaf sahəsində qlobal lider Rika Nakazava bildirib.

"Bəşəriyyət əməliyyat texnologiyalarının informasiya texnologiyaları ilə birləşməsini görəcək. Nəticədə dünyanın bir çox cəhətdən inkişafda olan bəzi ölkələri sıçrayış edəcək, çünki rəqəmsal cihazlar, maşınlar və avadanlıqlara çıxış əldə edə biləcəklər",- ekspert deyib.

R.Nakazavanın sözlərinə görə, indi özəl 5G şəbəkələri sənaye və bütün dünyada getdikcə daha çox yayıldığı üçün insanlar bəzi rəqəmsal texnologiyalara daxil olma imkanı əldə edəcəklər: "Süni intellekt bizə böyük həcmdə məlumatları daha yaxşı idarə etməyə və bu məlumat komponentlərinin bir-birinə necə bağlı olduğunu başa düşməyə kömək edəcək. Beləliklə, bu məlumatları idarə etmək bacarığı və proqnozlaşdırıcı analitika və ya rəqəmsal əkizlər yaratmaq qabiliyyəti ilə təşkilatlar risklərə daha yaxşı cavab verə biləcəklər. Bundan əlavə, blokçeyn bütün təchizat zəncirini təkmilləşdirəcək və şəffaflığı təmin edəcək”.

Ekspert qeyd edib ki, süni intellekt biznes və müəssisələrin inkişafında mühüm rol oynayacaq.

"Biz bu gün bacarıqların inkişafı haqqında düşünməliyik, bu, istedadın intibahını yaratmağa kömək edəcək. Bu, süni intellektin iqtisadiyyatı yaxşılaşdırmaq üçün yaratdığı dəyəri optimallaşdırmaq imkanı yaradacaq",- R.Nakazava vurğulayıb.

Tamilla MƏMMƏDOVA

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?