27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maykl Rinqel: “Azərbaycan gələcək enerji keçidinin formalaşmasında aparıcı rol oynayır”

Azərbaycan gələcək enerji keçidinin formalaşmasında aparıcı rol oynayır.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Boston Consulting Group”un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Maykl Rinqel bildirib.

Onun sözlərinə görə, hökumətlər cəmiyyət üçün açıq imkanlar yaradılmasında inanılmaz dərəcədə mühüm rol oynayırlar. Bu, innovasiyaların inkişafına imkan yaradır, onları dəstəkləyir və stimul verir.

"Azərbaycan innovativ texnologiyalar sahəsində mühüm işlər görüb. Ölkədə innovasiyaları dəstəkləyən, həqiqətən güclü normativ baza var. Bundan sonra hökumət də müəyyən sahələrdə yenilikləri stimullaşdıra bilər", - ekspert qeyd edib.

Onun sözlərinə görə, gələcək enerji keçidi istiqamətində Bakının rolu çox böyükdür: “Bəli, biz bu gün mövcud vasitələrdən istifadə etməklə enerjini təmin etməliyik, lakin biz gələcək üçün enerjini yeni üsullarla təmin etməliyik. Biz innovasiyaları stimullaşdıra bilərik və bunda hökumətin rolu əsasdır".

Tamilla MƏMMƏDOVA

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?