19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mühasibat uçotu sahəsində peşəkar kadrlara tələbat artıb

Müasir dünya ölkələrində, o cümlədən Azərbaycanda müxtəlif peşə sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də yüksək ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının səmərəli istifadə edilməsi vacib şərtlərdəndir.

Bu barədə "vergiler.az"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin baş mühasibi Emin Salamov deyib.

Onun sözlərinə görə, burada əsas məqsəd mühasibat uçotu sahəsinə yüksək ixtisaslı kadrları cəlb edərək, onların potensialından düzgün və maksimum şəkildə istifadə olunmasıdır.

“Müşahidələrimiz göstərir ki, hazırkı dövrdə ölkəmizdə bu sahədə ciddi kadr çatışmazlığı mövcuddur. Bunun səbəblərindən biri mühasibat uçotu sahəsində çalışan bəzi işçilərin ixtisaslarının bu sahəyə aidiyyətinin olmamasıdır. Misal olaraq digər sahələrdə ixtisaslaşan işçilərin bir çoxu hazırkı dövrdə baş mühasib olaraq fəaliyyət göstərirlər. Belə olduqda mühasibat uçotunun düzgün təşkilində və aparılmasında bir sıra problemlər ortaya çıxır, müəssisənin mühasibat işi peşəkarlıqla yerinə yetirilmir”, - deyə E.Salamov qeyd edib.

Ekspertin fikrincə, belə vəziyyətin yaranmaması üçün ilk növbədə müəssisə rəhbərliyi mühasibat sektoruna ixtisası uyğun gələn təcrübəli işçiləri cəlb etməlidir. Yeni tələblərə cavab verən mütəxəssis hazırlığının təşkili üçün bir sıra tədbirlərin görülməsi vacibdir.

“Zəruri olan tədbirlər sırasına, mühasibat uçotu üzrə müasir tələblərə cavab verən mütəxəssis hazırlayan təhsil proqramlarının inkişaf etdirilməsi, bu sahəyə dair fənlərin, proqramların məzmununun beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, yeni dərs vəsaitlərinin tərtib edilməsi, yeni proqramlar üzrə mühasibat uçotuna aid fənləri tədris edən müəllimlərin inkişaf etdirilməsi üçün treninqlərin keçirilməsi və treninqləri müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatların verilməsi kimi məqamları qeyd etmək olar. Onu da qeyd edim ki, treninqlərin keçirilməsi üçün beynəlxalq standartları tətbiq etməyi bilən, bu ixtisas üzrə xarici dövlətlərin ali məktəblərində təhsil alan, yaxud tədris edən müəllimlərdən ibarət təcrübəçi qruplar formalaşdırılmalıdır”, - deyə E.Salamov əlavə edib.

Ekspert hesab edir ki, iqtisadi tərəqqini şərtləndirən mühasibatlığın, o cümlədən rəqəmsal mühasibatlığın ən müasir standartlara, qabaqcıl təcrübələrə uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılmalı, bu sahədə mövcud çatışmazlıqlar üzə çıxarılmalı, düzgün hesab edilməyən tendensiyaların qarşısının alınması ilə əlaqədar əməli tədbirlər görülməlidir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?