8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətində uyğunluğu qiymətləndirən qurumlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində malların, işlərin, xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən akkreditasiya olunmuş 20-yə yaxın uyğunluğu qiymətləndirən qurumla akkreditasiya sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələbləri, mövcud problemlər və həlli yollarına dair görüş keçirilib.

Xidmətdən verilən məlumata görə, görüşdə akkreditasiya sahəsində qüvvədə olan normativ hüquqi aktların, o cümlədən AZS 498-2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırılması qaydası” dövlət standartının tələbləri, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn layihələr barədə məlumat verilib.

Bundan əlavə, tədbirdə sertifikatlaşdırma sahəsində beynəlxalq təcrübə, uyğunluğun qiymətləndirilməsi sahəsində gələcək hədəflərə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iştirakçıların sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?