15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Doqquz ay ərzində 22,7 milyon ton neft hasil edilib

Bu ilin yanvar-sentyabr ayları üzrə ölkədə 22,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, ölkə üzrə neft hasilatının 13,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 140 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.

Hesabat dövründə 19 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,7 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr 2023-cü il tarixinədək 623,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 580,4 milyon ton neft, “Şahdəniz”dən isə 43,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 oktyabr 2023-cü il tarixinədək 622 milyon tonu ixraca nəql edilib. Cari ilin 9 ayı ərzində ölkədə neftin emalı 4,9 milyon ton təşkil edib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?