25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bölgələrdə yerləşən 19 faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 27-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, hərraca Daşkəsəndə “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), İmişlidə “İmişli” (11 ha), “Bəhrəmtəpə I” (32 ha) və “Bəhrəmtəpə II” (19 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Zaqatalada “Qaraçay I” (30 ha), Şəkidə “Qaşqaçay” (2 ha), Bakının Qaradağ rayonunda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha) və “Xırxatala” (2 ha) faydalı qazıntı yataqları investorlara təklif olunacaq.

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 20 sentyabr 2023-cü il saat 18:00-dək Bakı KOB evinə (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/35LZXA) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/35LZYN) tanış olmaq olar.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?