19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar Şuşa şəhərində olublar

Şuşa şəhərində həyata keçirilən yenidənqurma və bərpa işləri, həmçinin investisiya imkanları ilə tanışlıq məqsədilə sahibkarların səfəri təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "vergiler.az"a verilən məlumata görə, KOBİA, "İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və "Marsol Group"- un birgə təşkilatçılığı ilə təşkil olunmuş səfərdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.

Sahibkarların Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi ilə görüşündə idarənin icraçı direktoru Tural Novruzov Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, icrasına başlanılan və planlaşdırılan layihələr, dövlət və özəl sektorun bu sahədə rolu, sahibkarlar üçün investisiya imkanları, KOBİA-nın departament müdiri Elnur Əliyev isə bölgədə biznesə başlamaq istəyən iş adamları üçün müraciət prosedurları barədə məlumat verib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?