27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkəyə 25,5 milyon dollar dəyərində kondisioner idxal edilib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 25 500,83 min ABŞ dolları dəyərində 89 015 ədəd kondisioner idxal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 13,1 faiz, say olaraq isə 3,9 faiz azdır.

Bu kateqoriya məhsul üzrə ölkəyə ən çox idxal Çindən olub. Bu ölkə hesabat dövründə Azərbaycana 21 108,6 min dollar dəyərində 75 660 ədəd kondisioner ixrac edib. Bu, bir il öncəki göstəriciyə nisbətdə dəyər baxımından 5,6 faiz az, say olaraq isə 3,5 faiz çoxdur.

Azərbaycana kondisioner idxalı üzrə ikinci yerdə Özbəkistan olub. Bu ölkədən cari ilin ilk 5 ayında 2 657,26 min dollarlıq (5,3 faiz az) 9 161 ədəd (azalma 7,9 faiz) kondisioner tədarük edilib.

Üçüncü yerdə olan Taylanddan isə hesabat dövründə ölkəyə 1377,01 min dollar dəyərində 3742 ədəd kondisioner göndərilib ki, bu da bir il öncəki eyni göstəricidən dəyər olaraq 64,6, say baxımından isə 56,2 faiz azdır.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana ümumilikdə 12 ölkədən (Çin, Özbəkistan, Tayland, İran, İtaliya, Koreya, Malayziya, Slovakiya, Türkiyə, Vyetnam, Böyük Britaniya və Yaponiya) kondisioner idxal edilib.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?