14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Avto Lizinq Azərbaycan" MMC xidmət göstərmək üçün tam hazırdır

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti "Avto Lizinq Azərbaycan" MMC xidmət göstərmək üçün tam hazır vəziyyətdədir.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Avto Lizinq Azərbaycan" MMC-dən məlumat verilib.

Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan" fəaliyyətə başlasa da, hələlik xidmət üçün müraciət olunmayıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidməti göstəriləcək. Bunun üçün ərazidə hər cür şərait yaradılıb. Şirkət bir il ərzində 1500-ə qədər avtomobilə texniki servis xidməti göstərə biləcək: “Avto Lizinq Azərbaycan" fəaliyyətini genişləndirmək üçün mütəxəssislər cəlb etməyi planlaşdırır”.

Qeyd edək ki, ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb.

İlhamə İSABALAYEVA

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?