27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Misirin biznes dairələri arasında görüş keçirilib

Misirin paytaxtı Qahirə şəhərində Azərbaycan və Misirin biznes dairələri arasında görüş keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, tədbirdə hər iki ölkədən sənaye, qida, əczaçılıq, bərpa olunan enerji, mühəndislik, tikinti və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan-Misir İşgüzar Şurasının sahibkarlar arasında investisiya sahəsində daha sıx əməkdaşlığın qurulmasında və qarşılıqlı ticarətin artırılmasında əhəmiyyətli rol oynayacağı vurğulanıb.

Azərbaycanlı iş adamları Misirdə fəaliyyət göstərmək üçün dəvət olunub.

Tədbir çərçivəsində AZPROMO və Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında investisiyaların təşviqi sahəsində 2023-2025-ci illəri əhatə edəcək İcra Proqramı üzrə Anlaşma Memorandumu imzalanıb.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?