16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“IT Hub Azerbaijan” layihəsi çərçivəsində təlimlərə start verilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsi tərəfindən həyata keçirilən “IT Hub Azerbaijan” layihəsi çərçivəsində təlimlərə start verilib.

Mərkəzdən “vergiler.az”a verilən məlumata görə, layihə çərçivəsində Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri, Naxçıvan Muxtar Respublikası və digər regionlardan ilkin olaraq 80 namizədin təlimlərdə iştirakı nəzərdə tutulsa da, layihəyə marağın yüksək olduğunu nəzərə alaraq, seçim mərhələsindən müvəffəqiyyətlə keçən 162 nəfərə ödənişsiz təlimlərin keçirilməsi planlaşdırılır.

Beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda onlayn şəkildə keçiləcək təlimlərdə gənclər İT ilə yanaşı, karyera inkişafı sahəsində də bilik və bacarıqlara yiyələnəcəklər. Təlimlər 9 ay davam edəcək.

Qeyd edək ki, “IT Hub Azerbaijan” layihəsinin əsas məqsədi ölkəmizin müxtəlif bölgələrində yaşayan 19-30 yaş kateqoriyasına aid gənclərin İT sahəsində bilik və bacarıqlarının artırılması, bu sahəyə investisiyaların cəlbi, yeni iş yerləri və karyera imkanlarının yaradılması kimi istiqamətlərə töhfə verməkdir. Belə ki, təlimləri uğurla bitirmiş gənclər arasından seçilmiş namizədlərin Azərbaycanda qalmaqla xarici şirkətlərdə işlə təmin olunması da nəzərdə tutulub.

Layihənin icrası beynəlxalq İT şirkətlərinin, o cümlədən layihə çərçivəsində təlim təminatçısı olan “EPAM Systems” şirkətinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə töhfə verəcək.

Məlumat üçün bildirək ki, “IT Hub Azerbaijan” layihəsinə 7 fevral 2023-cü il tarixində start verilib, 1350 nəfər müraciət edib və seçim mərhələsindən 162 nəfər seçilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?