6 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB evlərində göstərilən xidmətlərin siyahısında dəyişikliklər edilib

Prezident İlham Əliyev “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişikliklər edilərək, göstərilən xidmətlərə “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə; “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə; “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi; ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi; elektrik enerjisinin ötürülməsinə icazə verilməsi; elektrik enerjisinin paylanmasına icazə verilməsi; elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi; qazın istehsalına və təbii qazın emalına icazə verilməsi; qazın nəqli üçün icazə verilməsi; qazın paylanmasına icazə verilməsi; yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi; neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi; neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi, eləcə də neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi əlavə olunub.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?