13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Şuranın növbəti iclası keçirilib

Noyabrın 24-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasın gündəliyində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən” biri olan “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın yaradılmasından çıxış edərək İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunun təşviqinə yönəlmiş qanunvericiliyə dəyişiklik layihələri, o cümlədən, elmi tədqiqat və kadr hazırlığı proqramları ilə yanaşı, texnopark, vergi, sosial müdafiə, gömrük, miqrasiya qanunvericiliyinə dəyişikliklər, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə son dəyişikliklər, monetar siyasət və banklararası bazarın inkişafı məsələləri ətraflı müzakirə olunub.

İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?