9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mobil rabitə sektorunun gəlirləri artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 857.5 mln. manat təşkil edib. Bu barədə "vergiler.az"a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, cari ilin 10 ayı ərzində, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47.2 mln. manat və ya 5.8% artıb.
Bu ilin oktyabr ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 5.7% və ya 5 mln. manat artaraq 91.7 mln. manat olub. Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 1.9% və ya 1.7 mln. manat artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39%-ni təşkil edib.

Ümumilikdə cari ilin yanvar-oktyabr aylarında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 2199.6 mln. manatlıq xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə real ifadədə 15.7% çoxdur. Xidmətlərin 73.9%-i əhali tərəfindən istehlak olunub.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?