21 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi ödəyicisinin yeni şəxsi kabineti” təqdim edilib

“İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən Forumda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Sərxan Həşimov yeni rəqəmsal layihələrdən olan “Vergi ödəyicisinin yeni şəxsi kabineti”nin təqdimatını edib.

S.Həşimov qeyd edib ki, hazırda mövcud olan bütün giriş imkanlarından istifadə etməklə şəxsi kabinetə daxil olmaq mümkündür. Əgər istifadəşi şəxsi kabinetə fərqli dillərdə daxil olmaq istərsə, bu zaman ona əlavə dil seçimləri də verilir.

Mövcud sistemdə giriş məlumatları daxil edildikdən sonra sistem istifadəçidən hansı bölməyə giriş etmək istəyirsə, həmin bölməni seçməsini istəyir. Lakin yenilənmiş sistem tam dolğun sistem olduğu üçün sistemə giriş etdikdə bütün bölmələr vahid ekran üzərində görünür. Burada borclar, depozit, vaxtı keçmiş öhdəliklər, tədbirlər barədə məlumatlar yer alır. Ekran vergi ödəyicisinin interfeysini rahatlaşdırmaq üçün bu formada təqdim edilib.

S.Həşimovun sözlərinə görə, yeni sistem vasitəsilə təkcə vergi orqanları ilə deyil, vergi ödəyiciləri ilə də yazışmalar həyata keçirmək, fayllar bölüşmək mümkündür. Bu da vergi ödəyiciləri arasında ünsiyyəti və onların vahid portal üzərindən kommunikasiya təcrübələrini daha da genişləndirəcək.

Bildirilib ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə forması da tamamilə avtomatlaşdırılmış formada təqdim edilir. Ərizə forması doldurulub tədqim edildikdən sonra portal daxilində Vahid elektron lövhə üzərindən həmin ərizənin statusu barədə məlumat əldə etmək olur.

Mövcud sistemdən fərqli olaraq, yenilənmiş sistemdə bildirişlər və məktublar ayrı qutulara bölünüb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?