27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib

Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb

Sənaye zonaları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında, ixracın genişlənmsındə əlverişli mexanizmdir.

İndiyədək sənaye zonalarında ümumilikdə 5,8 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun da 1,7 mlrd. manatlıq hissəsi (təqribən 29 %-i) ixrac olunub.

2020-ci ildə sənaye zonalarında 1,27 mlrd. manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ildə 88,3% çox, yəni 2,4 mlrd. manat dəyərində (qeyri-neft sektorunda xüsusi çəkisi 15,5%) məhsul istehsal olunub. Ötən il sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə 2,7 dəfə artıb (qeyri-neft sənaye məhsullarının ixracında payı 30,8%).

Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi adı ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC ilk məhsul ixracını həyata keçirib. Belə ki, müəssisədə istehsal olunan “PallMall” brendli siqaretlərin Gürcüstana ixracına başlanılıb.

Qeyd edək ki, “Tabaterra” QSC 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və müəssisədə Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən üç növdə 80 fərqli çeşiddə tütün məmulatları istehsal edilir. Müəssisənin illik istehsal gücü 14 milyard ədəd siqaret təşkil edir.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?