17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidir

Yanvarın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanın əmək bazarında çağırışlar və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, aidiyyəti dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş tədbirdə qurumun sədri Orxan Məmmədov sahibkarlığın məşğulluğun təmin edilməsində rolu, biznesin kadr potensialının gücləndirilməsi üçün hədəflər və agentliyin gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. İnsan kapitalının inkişafı, əmək bazarının tələblərinə uyğun olaraq hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi qarşıda duran vəzifələrdəndir. Yüksək bilik və bacarıqlara malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır, onların yaratdıqları dəyəri iqtisadi inkişafın vacib indiqatoru hesab etmək olar. Bu çağırışlardan irəli gələn vəzifələrin həyata keçirilməsi, mövcud ehtiyacların qarşılanması KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Agentlik vətəndaşların biznes təşəbbüslərinin reallaşdırılmasında, KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıdır.

Bununla bağlı biznesin qurulması və inkişafı üçün KOBİA tərəfindən sahibkarlar üçün müasir çağırışlara uyğun təlimlər təşkil olunur, praktik məsləhət xidmətləri və digər dəstəklər göstərilir, məşğulluğa və kadr potensialının reallaşdırılmasına öz töhfəsini verən layihələr həyata keçirilir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri