25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət büdcəsinin xərclərinin yeni yanaşma əsasında təsnifləşdirilməsi vacibdir

Hesablama Palatası dövlət büdcəsinin xərclərinin yeni yanaşma əsasında təsnifləşdirilməsinin, müdafiə olunan xərclərin strukturuna yenidən baxılmasının vacibliyini qeyd edir.

Palatadan bildirilib ki, Hesablama Palatası beynəlxalq təcrübədə mövcud təlimatlar və ayrı-ayrı ölkələrin praktikası nəzərə alınmaqla “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə baxılaraq xərclərin hesablanılmasının yeni yanaşma (xərclərin məsrəflər və qeyri-maliyyə aktivlərinin artması kimi təsnif edilməsi) əsasında həyata keçirilməsini təklif edir. Eyni zamanda, qanunvericilikdə dövlət borcunun strukturunun təkmilləşdirilməsi ilə bağlı şərtlərin mövcudluğu şəraitində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən istiqamətlərə yenidən baxılmaqla dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclərə zərurət yarandığı hallar üzrə bunun növbəti ilin dövlət büdcəsi haqqında Qanunu ilə tənzimlənməsi, sosialyönlülüyü ilə diqqət çəkən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərclərinin bu maddəyə əlavə edilməsi rəydə təklif edilib.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?