4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət qurumları şənlik mərasimlərinin təşkili üçün müəyyən edilmiş qaydalara əməl olunmasını nəzarətdə saxlayır

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitor qrupları tərəfindən Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirləri davam etdirilir. Monitorinq qrupları şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunmasına nəzarət edirlər.

İyulun 13-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin icaze.e-gov.az portalında qeydiyyatdan keçirilməsi, tədbir təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin olunması, qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər araşdırılıb.

Araşdırma zamanı şənlik mərasimlərinn keçirildiyi bir sıra məkanlarda tələblərin pozulması halları müəyyən edilib. Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra bu cür hallar aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, müəyyən edilmiş qaydalar və şərtlərə əməl olunmalıdır. Bu qayda və şərtlərə riayət edilməsi isə sağlamlığın qorunması üçün vacib amillərdəndir.

Məkan sahibləri şənlik məclislərini müvafiq portalda əvvəlcədən qeydiyyata salmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər. Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktorunu nəzərə almaları, məclis iştirakçılarının müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələri tövsiyə edilir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması