19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Bakı Limanında olub

Ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin başçılıq etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.

Bakı Limanından bildirilib ki, limanın baş direktoru Taleh Ziyadov Avropa İttifaqının komissarına məlumat verib ki, Bakı Limanı Avropa və Asiya arasında vacib nəqliyyat dəhlizi olan “Orta Dəhliz”in inkişafında və təşviqində fəal rol oynayır.

T.Ziyadov vurğulayıb ki, Bakı Limanı Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir, 2016-cı ildən bu günə kimi 5 TAIEX və 2 uzunmüddətli texniki yardım layihələri icra olunub. Nəticədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, limanda Regional Təlim Mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi keçirilib. Baş direktor xüsusilə “Yaşıl liman” və əməliyyatların rəqəmsallaşması sahələrində uğurlu işlərin görüldüyünü qeyd edərək, bu tədbirlərin gələcəkdə daha geniş formatda davam edəcəyinə inandığını bildirib.

Avropalı komissarın diqqətinə çatdırılıb ki, layihənin icrası zamanı liman əməkdaşlarının Rotterdam, Hamburq, Antverp, Barselona, Valensiya, Venlo və digər qabaqcıl limanlarında təlimlərdən keçməsi insan inkişafına qoyulan ciddi investisiyadır. Layihə çərçivəsində Aİ-nın Xəzər regionunda ilk dəfə “EcoPorts” sertifikatının alınması və bir sıra ISO sertifikatların alınması da əsas nailiyyətlərdən hesab oluna bilər.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirdi ki, Bakı Limanı davamlı nəqliyyat rabitənin təminatı baxımından Avropa İttifaqının diqqətindədir. O bildirib ki, təmsil etdiyi qurum limanda fərqli layihələrə sərmayə qoymağa hazırdır və rəqəmsallaşma, yaşıl liman istiqamətində də dəstəyini davam etdirəcəkdir. Bütün bu addımlar Bakı Limanının Xəzər hövzəsində etibarlı qovşağa çevrilməsini təmin edəcək.
Görüşün sonunda komissar O.Varhelyi Bakı Limanının quru yük terminalı ilə tanış olub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?