8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlara müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, agentlik sahibkar və menecerləri “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etməyə dəvət edir. “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində keçiriləcək onlayn kursda menecment sahəsində Almaniyanın peşəkar təlimçiləri tərəfindən iştirakçılar üçün praktiki idarəetmə vərdişlərinin qazanılması məqsədilə onlayn treninqlər, alman şirkətləri ilə virtual formatda təcrübə mübadiləsi, onlayn işgüzar görüşlər və turlar təşkil ediləcək. 2021-ci ilin avqust-oktyabr aylarını əhatə edən və ingilis dilində təşkil olunacaq ixtisasartırma kursunu uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak ödənişsizdir.

Virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri iyulun 4-dək elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun iştirakçıları proqramın əlaqələndiricisi olan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) mütəxəssisləri tərəfindən onlayn müsabiqə vasitəsilə seçiləcək. İxtisasartırma kursu, o cümlədən iştirak üçün lazımi sənədlər və namizədlərə dair tələblər barədə məlumatı KOBİA-nın www.smb.gov.az saytından əldə etmək olar (https://bit.ly/3A0tc0a).

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?