9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Özbəkistanın qarşılıqlı ticarət dövriyyəsi 13 faiz artıb

Dünyanı cənginə almış COVID-19 bəlası insanların sağlamlığına və dünya iqtisadiyyatına mənfi təsirlərini göstərməkdə davam edir. Buna baxmayaraq, pandemiya dövründə, ötən il Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi 13 faiz artaraq 80 milyon ABŞ dollarına çatıb.

Bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov “Caspian Energy Club”un təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.

Səfir bildirib ki, ümumilikdə son 3 ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb.

“Özbəkistan Azərbaycanı MDB məkanında perspektivli ticarət və iqtisadi tərəfdaşı kimi qəbul edir və biz bu qarşılıqlı əməkdaşlığın geniş miqyasda genişləndirməsinə hazırıq. Hazırda Özbəkistanda 195 Azərbaycan müəssisəsi təmsil olunur ki, bunlardan 69-u müştərək kapitallı, 126-sı 100 faiz Azərbaycan kapitalı olan müəssisədir”, - deyə o qeyd edib.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?