7 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barrel azaldılması və “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0.5 mln. barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.
Energetika Nazirliyindən bildirilib ki, “OPEC plus” üzrə xam neft hasilatının yanvar ayında 0,5 mln. barrel artırılması qərarını Azərbaycan da dəstəkləyib.
Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barrel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barrel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.
İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib ki, neftə tələbatın bərpasını zəiflədən pandemiyanın yeni dalğası vəziyyətində ən optimal tədbir yenə də hasilatın azaldılması üzrə koordinasiyalı fəaliyyətdir: “Neft bazarında nikbinliyin irəlidə dayanıqlı olması bizim dəstəyimizdən asılıdır. Neftə tələbatın bərpasına əminlik yarandığı müddətədək təklifə nəzarət etməliyik. Bu baxımdan mövcud istehsal məhdudiyyətlərinin tədricən yumşaldılması və hasilatın mərhələli şəkildə artırılması yeni reallıqlar şəraitində bazarın canlanmasına, eləcə də balanslaşdırılmasına kömək edəcək.”
Çıxışda Azərbaycanın “OPEC plus” ölkələri tərəfindən imzalanmış tarixi razılaşmaya sadiqliyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi və 30 illik bir münaqişəyə son qoyulması ilə nəticələnən tarixi Qələbəsinin həm də əhəmiyyətli enerji infrastruktur layihələrinə təhdidlərə birdəfəlik son qoyduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, iclasda Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolu bu dəfə də Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman tərəfindən yüksək qiymətləndirilib. O, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın səylərini xüsusi vurğulayaraq, konstruktiv fəaliyyətə görə təşəkkür edib.
Xatırladaq ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna qədər 1,9 mln. barrel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?