17 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri TDƏŞ-in Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşü keçirilib.

Mikayıl Cabbarov Azərbaycanın TDƏŞ üzvü olan dövlətlərlə əməkdaşlığının yüksək səviyyədə olduğunu, ölkəmizin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib, TDƏŞ-in Baş katibi Bağdad Amreyevə bu ilin iyul ayının 14-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə əlaqədar verdiyi bəyanata görə təşəkkürünü bildirib.

İqtisadiyyat naziri TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, Türk Ticarət Evinin yaradılmasının üzv ölkələrin ixrac potensialının artırılması istiqamətində müsbət təşəbbüs olduğunu vurğulayıb.

Baş katib Bağdad Amreyev üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əlaqələrin inkişafı baxımından TDƏŞ-in önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın təşkilatda fəal iştirakını vurğulayıb.

Görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, "Turkic Vision – 2040" strateji konsepsiyasının hazırlanması, Birgə İnvestisiya Fondunun yaradılması, Ticarətin Asanlaşdırılması üzrə Strategiya Sənədi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?