8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi tətilləri biznes mühitini qorumaq üçündür

Vergi tətilləri biznes mühitini qorumaq üçündür

Koronavirus (COVID-19) pandemiyasının iqtisadi şəraitə təsiri ilə əlaqədar sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsi barədə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər iqtisadi proseslərin dayanıqlılığını qormaq məqsədi daşıyır. Yeniliklərin əhatə dairəsini iqtisadçı Mahmud Abasquliyev izah edir.

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi aşağıdakı fəaliyyətlərə aiddir:

  • yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

  • turoperator və turagent fəaliyyəti;

  • ictimai iaşə fəaliyyəti;

  • avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

  • Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

  • sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

  • idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

  • hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti.

Koronavirus pandemiyasının mənfi təsir etdiyi və müvəqqəti vergi rejiminin tətbiq edildiyi iqtisadi fəaliyyət sahələri üzrə vergi bəyannamələrinin və hesabatlarının təqdim edilməsinə, habelə vergi ödəmələrinin həyata keçirilməsinə bir sıra vergi tətillərinin verilməsi üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərə başlanılıb:

  • 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi. 2019-cu il üçün son verginin ödənilməsi müddəti 1 sentyabr 2020-ci il tarixinədək uzadılıb;

  • mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması.

  • Ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınıb;

  • ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququ 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılıb;

  • sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi. Bu verginin dərəcəsi 2 faizdən 1 faizə endirilib;

  • vergi ödəyicilərinin maliyyə vəziyətinin yaxşılaşdırılması məqsədilə müvəqqəti vergi rejimi tətbiq edilən fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma tətbiq edilməsi. Bu güzəştlərin müddəti 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə müəyyən edilib;

  • Koronavirus pandemiyasının təsirinə məruz qalan və müvəqqəti vergi rejimi tətbiq edilən fəaliyyət sahələrində çalışan sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üzrə sadələşdirilmiş verginin məbləği üzrə 50 faiz güzəşt verilməsi. İctimai iaşə sahəsində sadələşdirilmiş verginin dərəcəsi 8 faizdən 4 faizə endirilib;

  • koronavirus pandemiyasının mənfi təsir etdiyi və müvəqqəti vergi rejimi tətbiq edilən iqtisadi fəaliyyət sahələri üzrə fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib.

Fərqanə ALLAHVERDİQIZI

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?