17 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kompüter təmiri ilə məşğul olan sahibkar nə qədər vergi və sosial ödənişlər etməlidir? II HİSSƏ

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

Həmin qanunun 14-cü maddəsinə əsasən, sahibkar işçilər cəlb etməklə fəaliyyətini davam etdirirsə, aşağıdakı cədvəl üzrə hesablamalar aparararaq MDSS haqlarını ödəməlidir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan çox olduqda

25 faiz

6 manat + 200 manatdan çox olan hissənin 10 faizi

44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Misal 1: Bakı şəhərində fərdi qaydada kompüter təmiri ilə məşğul olan şəxsin 2024-cü il üzrə gəliri 120.000 manat, gəlirdən çıxılan xərcləri isə 14.000 manat olub. Bu şəxsin gəlir vergisinin ödəyicisi olduğunu nəzərə alaraq, vergi və sosial öhdəliklərini hesablayaq:

120.000 – 14.000 = 106.000 manat;
106.000 x 20% = 21.200 manat (gəlir vergisi).

Sosial öhdəliyi:

(345 x 25%) x 100% = 86,25 manat (fəaliyyətin Bakı şəhərində olması nəzərə alınıb).

Misal 2. Bakı şəhərində kompüter təmiri ilə məşğul olan şəxsin 2025-ci il üzrə gəliri 120.000 manat, gəlirdən çıxılan xərcləri isə 14.000 manat olub. Sahibkar il üzrə 2 işçi cəlb etməklə fəaliyyətini davam etdirib. Hər bir işçinin əməkhaqqı məbləği 1.000 manat olub. Şəxsin gəlir vergisinin ödəyicisi olduğunu nəzərə alaraq, vergi və sosial öhdəliklərini hesablayaq:

Sahibkarın özünə görə vergi öhdəliyi:
120.000 – 14.000 = 106.000 manat;
106.000 x 20% = 21.200 manat (illik gəlir vergisi).

Hər ay üzrə sahibkarın özünə görə sosial öhdəliyi:
400 x 25% x 100% = 100 manat (fəaliyyətin Bakı şəhərində olması nəzərə alınıb).

Hər ay üzrə işçilərə görə vergi öhdəliyi:
(1.000 - 200) x 0% = 0 manat.

Burada Vergi Məcəlləsinə əsasən qeyri-neft-qaz və qeyri-dövlət sektoru üzrə nəzərdə tutulan azadolma nəzərə alınıb.

Hər ay üzrə işçilərə görə ödəməli olduğu sosial öhdəliklərin məbləği:

1-ci işçi üzrə - (200 x 3%) + (800 x 10%) = 86 manat;
2-ci işçi üzrə - (200 x 3%) + (800 x 10%) = 86 manat;
Hər ay üzrə cəmi sosial ödənişlər – 86 + 86 = 172 manat.

Hər ay üzrə əməkhaqqından sahibkarın ödəməli olduğu sosial öhdəliklər:

1-ci işçi üzrə - (200 x 22%) + (800 x 15%) = 164 manat;
2-ci işçi üzrə - (200 x 22%) + (800 x 15%) = 164 manat;
Hər ay üzrə cəmi sosial ödəniş: 164 + 164 = 328 manat.

Misal 3: Bakı şəhərində kompüter təmiri ilə məşğul olan şəxsin 2025-ci il üzrə gəliri 120.000 manat, gəlirdən çıxılan xərcləri isə 14.000 manat olub. İl üzrə 4 işçi cəlb etməklə fəaliyyətini davam etdirib. Hər bir işçinin əməkhaqqı 1.000 manatdır. Bu şəxsin gəlir vergisinin ödəyicisi olduğunu, məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadığını nəzərə alaraq, vergi və sosial öhdəliklərinin hesablayaq:

Sahibkarın hər ay üzrə cəlb etdiyi işçi sayı 3 nəfərdən çox olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən yararlana biləcək.

Sahibkarın özünə görə vergi öhdəliyi:
120.000 – 14.000 = 106.000 manat;
106.000 – (10.600 x 75% ) = 26.500 manat;
26.500 x 20% = 5.300 manat (gəlir vergisi).

Hər ay üzrə sahibkarın özünə görə sosial öhdəliyi:
(400 x 25% ) x 100%= 100 manat.

Hər ay üzrə işçilərə görə vergi öhdəliyi:
(1.000 - 200) x 0% = 0 manat

Hər ay üzrə işçilərin sosial öhdəlikləri:
(200 x 3%) + (800 x 10%) = 86 manat;
86 x 4 = 344 manat.

Hər ay üzrə sahibkarın işçilərə görə sosial öhdəlikləri:
(200 x 22%) + (800 x 15%) = 164 manat;
164 x 4 = 656 manat.

Beləliklə, sahibkarın hər ay üzrə ümumi sosial öhdəliklərinin məbləği 1.100 manat olacaq:
100 + 344 + 656 =1.100 manat.

Sonda onu da qeyd edək ki, sahibkarın vergi öhdəliklərinin müəyyən edilməsi zamanı onun vergi mükəlləfiyyətləri analiz olunmalı və bu məqalədə qeyd edilmiş tədiyyələrdən başqa, digər vergi növlərinin aktiv olub-olmaması da nəzərə alınmalıdır.