7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları

Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab olunması barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı- ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı ARDNŞ-nin strukturuna daxil olmayıb, lakin ARDNŞ-nin payçısı və ya səhmdarı olduğu müəssisələr üzrə:

ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Fərmanının 2 saylı Əlavəsi ilə müəyyən edilmişdir. ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısına həmin siyahıda olmayan ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslər aid edilmir.

Buna əsasən, ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslərin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir və həmin şəxslərə malları (işləri, xidmətləri) təqdim edən şəxslərin fəaliyyəti bu müqavilələr üzrə əldə olunan gəlirlərinin həcmindən asılı olmayaraq, neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal: ARDNŞ-nin strukturuna daxil olmayan, lakin 51 faiz paya malik olduğu "A" MMC-yə "B" MMC tərəfindən xidmət göstərilir. "B" MMC-nin "A" MMC-yə xidmətlərin göstərilməsindən əldə etdiyi gəliri onun məcmu gəlirlərinin 100 faizini təşkil edir. Bu halda, "B" MMC-nin xidmət göstərdiyi "A" MMC ARDNŞ-nin strukturuna daxil olmadığına görə, "B" MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, ARDNŞ-nin səhmləri 100 faiz dövlətə məxsus olduğu üçün onun strukturuna daxil olmayan, lakin ARDNŞ-nin 51 faiz paya malik olduğu müəssisələr dolayısı ilə dövlətə məxsus hüquqi şəxs hesab edilir və güzəşt həmin müəssisələrə tətbiq olunmur.

Dövlət və qeyri-dövlət sektoru üzrə

Dövlət sektoru:

- dövlət adından yaradılan publik hüquqi şəxslər;
- büdcə təşkilatları;
- dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar;
- səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər.

Qeyri-dövlət sektoru:

- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər;
- Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi ödəyicisi olan fiziki şəxslər.

Misal: Payları 100 faiz dövlətə məxsus hüquqi şəxs payları 100 faiz özünə məxsus olan “A” MMC-ni təsis etmişdir. “A” MMC isə digər bir hüquqi şəxslə paylarının 51 faiz özünə məxsus olan “B” MMC-ni təsis etmişdir. Bu halda, “B” MMC paylarının 51 faizi dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxs hesab edilir və ona güzəşt tətbiq olunmur.

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər (səfirliklər, konsulluqlar):

Nəzərə alınmalıdır ki, qeyri-dövlət sektorunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər əhatə edir. Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmırlar və Azərbaycan Respublikasınının qanunvericiliyinə uyğun hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmırlar, yalnız akkreditə edən dövlətin qurumu olaraq onu Azərbaycan Respublikasında rəsmən təmsil edirlər.

Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar qeyri-dövlət sektoruna aid edilmir, səfirliklərdə və konsulluqlarda çalışan Azərbaycan Respublikasının vətəndaşlarının əmək haqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun hesablanır.

Bələdiyyələr üzrə:

Bələdiyyələr qeyri-dövlət sektoruna aid edilir və bələdiyyələrdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?