28 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ƏDV-nin əvəzləşdirilməsi

ƏDV-nin əvəzləşdirilməsi

Müəssisə ƏDV tutulan əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparır. ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği xüsusi çəki metodu, yoxsa tam məbləğdə əvəzləşdirilir?

Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil olunan malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq, tam məbləğdə əvəzləşdirilir.

Misal:
"A" MMC topdan ticarət fəaliyyəti ilə məşğuldur. 2019-cu ilin yanvar ayında 118.000 manat (o cümlədən 18.000 manat ƏDV) dəyərində yuyucu vasitələr, 50.000 manat dəyərində (ƏDV-dən azad edilən əməliyyat) isə Azərbaycan Respublikasında istehsal olunmuş quş əti alınmışdır. Hər iki mala 10 faiz ticarət əlavəsi tətbiq edilməklə yuyucu vasitələr 110.000 manata (ƏDV-siz), quş əti isə 55.000 manata təqdim edilmişdir. Cəmiyyətin dövriyyəsi ümumilikdə 165.000 manat (ƏDV-siz) təşkil etmiş və tərkibi aşağıdakı kimi olmuşdur:

ƏDV-yə cəlb olunan əməliyyat (yuyucu vasitələrin satışı) – 110.000 manat (ƏDV-siz);
ƏDV-dən azad edilmiş əməliyyat (quş ətinin satışı) - 55.000 manat;

Vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi - 66,67 faiz (110.000 / 165.000 x 100%) təşkil etmişdir.

Müəssisənin yanvar ayı üzrə əvəzləşdirilən ƏDV məbləği belə olacaq: alınmış quş ətinin (ƏDV-dən azad olunan əməliyyat) və yuyucu vasitələrin (ƏDV-yə cəlb olunan əməliyyat) ayrı-ayrılıqda uçotu aparılmışdır. Bu halda, ödənilmiş ƏDV tam məbləğdə əvəzləşdirilir, yəni: 18.000 manat (ödənilmiş ƏDV) x 100% = 18.000 manat.

Əsas: Vergi Məcəlləsi, 175.4-cü maddə

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?