17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vaxtında ödənilməyən ƏDV-yə görə maliyyə sanksiyası

Vaxtında ödənilməyən ƏDV-yə görə maliyyə sanksiyası

Vergi ödəyiciləri üçün ciddi problem yaradan hallardan biri əlavə dəyər vergisinin (ƏDV) vaxtında ödənilməməsidir. İqtisadçı ekspert Anar Bayramov ƏDV-nin vaxtında ödənilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunması şərtlərini izah edir.

Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 175.8-ci maddəsində göstərilir ki, ƏDV ödəyiciləri ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.

Misal 1: Vergi ödəyicisi 24 noyabr 2020-ci il tarixdə aldığı mallara görə 23.600 manat ödəməlidir. Malların dəyəri 20.000 manat olduğu üçün ödənilməli olan ƏDV məbləği 3.600 manat təşkil edir:

20.000 manat x 18% = 3.600 manat.

Əgər vergi ödəyicisi malların pulunu (20.000 manatı) noyabrın 25-də, ƏDV məbləğini (3.600 manat) isə noyabrın 26-da ödəyərsə, vergi ödəyicisinə ƏDV məbləğini gec ödədiyinə görə 1.800 manat maliyyə sanksiyası hesablanacaq:

3600 manat x 50% = 1.800 manat.

Misal 2: ƏDV ödəyicisi ƏDV daxil 1.180 manatlıq xidmət alır və həmin məbləği oktyabrın 25-də tam şəkildə vergi ödəyicisinin hesablaşma hesabına ödəyir. Bu halda, vergi ödəyicisi 180 manatlıq ƏDV məbləğini qarşı tərəfin depozit hesabına ödəməsə belə, ona Vergi Məcəlləsinin 58.6-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunmayacaq. Amma ƏDV məbləği ƏDV depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi bu məbləği əvəzləşdirmək hüququna malik olmayacaq.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?