15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orta əməkhaqqının hesablanmasında istifadə olunan iki yanaşma

Bəzən təcrübədə orta əməkhaqqı məbləğinin hesablanması ilə bağlı suallar ortaya çıxır. Təlimçi ekspert Aqil Ağayev “vergiler.az”a açıqlamasında həmin məqamlara aydınlıq gətirir.

Orta əməkhaqqı və onun hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsində göstərilib. Məcəllənin 177.2-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal 1: İşçi 2023-ci ilin mart ayında 5 iş günü ezamiyyətə gedib. İşçinin son 2 ayda aylıq əməkhaqqısı 500 manat olub. Yanvar ayında 18 iş günü, fevralda isə 20 iş günü olub. Bu şərtlərlə hesablanma belə aparılır:

500+500 = 1000 manat;
18+20 = 38 iş günü;
1000 : 38 = 26,31 manat;
26.31 x 5 =131.55 manat.

Misal 2: İşçi 01.03.2023 tarixində rəhmətə gedib. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödəməlidir. İşçinin son 2 ayda aylıq əməkhaqqısı 500 manat olub. Yanvar ayında 18 iş günü, fevralda isə 20 iş günü olub.

Əmək Məcəlləsinin tələblərinə əsasən, son iki ayın əməkhaqqısının cəmini son iki ayın iş günlərinə bölünür:

(500+500)/(18+20) = 26.31 manat.

Deməli, bir gün üçün əməkhaqqı məbləği 26,31 manatdır.

Bir gün üçün tapılan əməkhaqqı məbləği saxlanılan iş günlərinə vurulmalıdır. İşçi martın 1-də vəfat edib, həmin ayda onun saxlanılan iş günü yoxdur. Əmək Məcəlləsində bunun hesablanma qaydası göstərmədiyindən təcrübədə 2 cür yanaşmadan istifadə olunur:

1. İşçinin vəfat etdiyi aydakı iş günlərinə vurulur.

(500+500)/(18+20) = 26.31 manat;
26,31 x 17 = 447,27 manat;
447,27 x 3 = 1341,81 manat.

2. Bu hala əsasən özəl müəssisələrdə rast gəlinir.

(500+500)/2 = 500 manat;
500 x 3 = 1500 manat.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?