11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara güzəştli kreditin verilməsi

Prezident İlham Əliyevin 2020-ci il 4 iyun tarixli fərmanı ilə "Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası" təsdiq edilib.

Hüquqşünas Şəhriyar Həbilov diqqəti yeni qaydalardakı əsas məqamlara yönəldərək bildirib:

  • kredit Fondun müvəkkil kredit təşkilatları (siyahı üçün ünvan http://edf.gov.az/az/content/31) tərəfindən öz vəsaitləri və öz riskləri hesabına tam və ya mərhələli şəkildə verilir. Sahibkar kredit almaq üçün həmin təşkilatlara müraciət etməlidir;

  • kredit təşkilatları sahibkara müraciətin qeydiyyata alınması barədə sənəd verir və müəyyən edilmiş meyarlar üzrə (biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında) investisiya layihəsini təhlil etdikdən sonra maliyyələşdirmənin edilib-edilməməsi barədə qərarını bildirir;

  • müsbət qərar verilmiş layihələr Fonda göndərilir ki, bu layihələr üzrə Fond əlavə sənəd və məlumatlar tələb edə bilər. 10 iş günü müddətində layihələrin ekspertizası aparıldıqdan sonra Fond maliyyələşdirmə barədə öz qərarını kredit təşkilatına bildirir;

  • Fonddan müsbət qərar almış sahibkara vəsaitin verilməsi üçün Fond maliyyələşməni 3 iş günü müddətində kredit təşkilatına həvalə edir. Təşkilat isə 5 iş günü müddətində sahibkara vəsaiti köçürür;

  • Kreditlər kiçik (5 min - 50 min manat - 3 ilədək), orta (50 min-1 milyon manat - 5 ilədək) və böyük həcmli (1 milyon-10 milyon manat- 10 ilədək) olmaqla 3 hissəyə ayrılır və verilir;

  • Kreditin illik faiz dərəcəsi Fond üzrə 1 faiz, kredit təşkilatı üzrə 4 faiz, ümumilikdə 5 faizədək müəyyən edilir;

  • Yalnız faizlərin ödəniləcəyi güzəşt müddəti investisiya layihəsi üzrə nağd pulun hərəkəti əsasında məlumata uyğun olaraq müəyyən edilir və kreditdən istifadə müddətinin yarısını əhatə edir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Fond tərəfindən müəyyən edilmiş sahələr üzrə güzəşt müddəti kreditdən istifadə müddətinin yarısını təşkil edir;

  • Sahibkarlar güzəşt müddətində faizi, sonra isə aylar üzrə bərabər hissələrə bölünmüş əsas borcu ödəyir;

  • Kredit təşkilatları ildə iki dəfə investisiya layihəsi üzrə kreditdən istifadənin monitorinqini apara bilər. Əgər kreditin təyinata uyğun olmayan istifadəsi müəyyən edilərsə, kredit təşkilatı kreditin təyinatı üzrə istifadə edilməyən hissəsini və faiz borcunun ödənilməsini vaxtından əvvəl tələb etməlidir.

Onu da qeyd etmək lazımdır ki, sahibkarlar avadanlığı yeniləmək və ya yenisinin alınması üçün (avadanlığın girov qoyulması yolu ilə) də güzəştli kredit ala bilər. Bu növ kredit üzrə şərtlər isə fərqlidir:

  • kredit 5.000-3 milyon manat arasında olur və 5 ilədək verilir;

  • kreditin illik faiz fərəcəsi 9 faizdən (2 faiz Fond, 7 faiz kredit təşkilatı), güzəşt müddəti isə 12 aydan çox olmamalıdır;

  • təminat kimi qoyulan avadanlıqlar kredit təşkilatının xeyrinə yüklü edilir və kredit yalnız yeni avadanlıq alınması üçün verilir;

  • sahibkar avadanlığın satış dəyərinin 20 faizi (yerli istehsal avadanlıq üzrə 10 faiz) məbləğində kredit təşkilatına ilkin ödəniş edir və ümumi məbləğ avadanlığın satıcısının bank hesabına tam və ya hissə-hissə (satış müqaviləsi şərtlərinə uyğun) ödənilir.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?