7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Manatın möhkəmlənmə tempi yüksəlib

Valyuta bazarında tarazlıq və nominal effektiv məzənnənin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdırmaqda davam edir.

vergiler.az” Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata istinadən xəbər verir ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi tempi 9 ayda 7.5%-ə yüksəlib.

Cari ilin sentyabr ayından başlayaraq daimi imkan alətlərinin işə düşməsi, banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması və oktyabrın əvvəlindən başlayaraq 1, 3, 6 və 9 aylıq notlarla sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi monetar şərait vasitəsilə inflyasiya təzyiqlərinin azaldılmasına yönəldildi.

Bütün bunlar eyni zamanda banklararası pul bazarında aktivləşmə ilə müşayiət olunur. “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılan platformada banklar arasında sentyabr ayında 788 mln. manat məbləğində 69 ədəd əqd, oktyabrın ötən dövründə isə 1426 mln. manat məbləğində 124 əqd bağlanıb. Oktyabrda bağlanan əqdlərin 97%-i qısa müddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə sentyabrda 48 mln. manatlıq 21 əqd, oktyabrın ötən dövründə isə 65 mln. manat məbləğində 20 əqd baş tutub.

Son 2 ayda pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi faiz dəhlizinin, xüsusilə də uçot dərəcəsinin maliyyə sektorunda faizlərə təsirinin güclənəcəyini gözləməyə əsas verir. Bu da məcmu tələbin tənzimlənməsi vasitəsilə inflyasiyaya təsir imkanlarını artıracaq. Yeni əməliyyat çərçivəsinin tətbiqi sahəsində bank ictimaiyyəti ilə aktiv kommunikasiya da faiz dəhlizinin ötürücülüyünün güclənməsinə dəstək verir.

Yeni çeşiddə sterilizasiya əməliyyatlarının aktivləşməsi və büdcənin profisitli olması ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?