15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Barter əməliyyatları zamanı ƏDV-nin əvəzləşdirilməsi

Barter - satılan mal və ya xidmətlər müqabilində heç bir pul xərcləmədən bir malın digəri ilə əvəz edilməsidir, yəni malların işlərin və xidmətlərin mübadiləsidir. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə “vergiler.az”a barter əməliyyatları və onun vergiyə cəlb olunması qaydalarını izah edib:

- Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. İki vergi ödəyicisi barter əməliyyatlarını elektron qaimə-faktura əsasında rəsmiləşdirir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır. Eyni zamanda, vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.

Vergi Məcəlləsinin 159.4 maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Məcəllənin 166.1.4-cü maddəsində isə göstərilib ki, barter əməliyyatı edilən vaxt vergi tutulan əməliyyatların aparıldığı vaxt sayılır.

Barter əməliyyatlarının əvəzləşdirilməsi də qanunvericiliyə əsasən tənzimlənir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.

Qeyd olunanlara əsasən, malların barter edilməsi ƏDV-yə cəlb edilən əməliyyat hesab olunur və aparılan əməliyyatların müqabilində tərəflər arasında verilən elektron qaimə-fakturalar üzrə ƏDV-nin məbləğləri ƏDV-nin depozit hesabına ödənildiyi halda, həmin məbləğlər əvəzləşdirilir.

Misal: “AA” MMC istehsal şirkəti kimi ƏDV ödəyicisidir. İstehsal etdiyi ƏDV daxil 1180 manatlıq məhsulu ƏDV ödəyicisi olan “BB” MMC-yə təqdim edir (bater edir), bunun qarşılığında “BB” MMC-dən 1180 manatlıq ƏDV daxil xammal alır. Bu zaman hər iki tərəf bir-birinə elektron qaimə-faktura təqdim etməli və ƏDV məbləğlərini qarşılıqlı şəkildə ƏDV depozit hesabına 180 manat ƏDV məbləği ödəməlidir. Yalnız burada olan 1000 manatlıq əsas məbləğ barter edilə bilər.

Bu zaman “AA” MMC barter əməliyyatları apardığı ay üçün ƏDV bəyannaməsində yaranmış ƏDV öhdəliyini ƏDV bəyannamisinin 3-cü Əlavəsində 301.1.1.6-cı sətirdə təqdim edilmiş (mal,işlərin və xidmətlərin) və daxil olmuş məbləğ xanalarında 1000 manat əsas məbləği qeyd etməli və əvəzləşdirilən əməliyyatların 308-ci sətir kodunda 1000 manat əsas məbləği qeyd etməlidir.

Yəni, bu halda, “AA” MMC-nin 180 manatlıq ƏDV öhdəliyi və 180 manatlıq əvəzləşdirilən ƏDV məbləği yaranıb. Bu zaman büdcəyə ödənilməli məbləğ 0 (180-180) olacaq.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?