12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdxal malları barədə vergi orqanına məlumat verilməməsi nə ilə nəticələnir?

Xaricdən mal idxalı ilə məşğul olan müəyyən qrup vergi ödəyiciləri ölkəyə gətirdikləri məhsullar barədə vergi orqanına məlumat verməlidirlər. Bəs bu qayda hansı biznes subyektlərinə tətbiq olunur? Əgər vergi ödəyicisi idxal etdiyi mallar barədə məlumat verməzsə, ona qarşı hansı tədbirlər görülür?

Mövzu ilə bağlı “vergiler.az”ın suallarına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar uçotda olduqları vergi orqanına təqdim edilməlidir. Qeyd olunan maddəyə əsasən, əgər vergi ödəyicisinin qeydiyyatda yalnız bir obyekti varsa, idxal olunacaq mallar barədə vergi orqanına məlumat təqdim edilmir. Bu halda mallar qeydiyyatda olan həmin obyektə boşaldılmış hesab edilir.

Lakin burada bəzi fərqlər var. Əgər mallar hava nəqliyyatı vasitəsilə gətirilirsə, həmin mallar gömrük nəzarətindən çıxdıqdan sonra 1 iş günü müddətində vergi orqanına məlumat verilməlidir. Digər hallarda isə gömrük orqanının nəzarətindən çıxana qədər vergi ödəyicisi tərəfindən vergi orqanına məlumat verilməlidir.

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Bu sanksiyanın məbləği mikro sahibkarlar üçün idxal edilmiş malın invoys dəyərinin və ya təhrif edilməklə verilibsə, təhrif eidlmiş dəyərinin 2 faizi həcmində, digər sahibkarlar üçün isə idxal edilmiş malın invoys dəyərinin və ya təhrif edilməklə verilibsə, təhrif edilmiş dəyərinin 5 faizi həcmində müəyyən edilib.

Misal: Kiçik sahibkarlıq subyekti meyarına uyğun olan “A” MMC Çin Xalq Respublikasından satış məqsədilə invoys dəyəri 50.000 USD (AZN qarşılığı 85.000 manat) olan məişət avadanlıqlarını quru yolu vasitəsilə gətirib. MMC-nin Bakı şəhərində bir ofisi və bir anbarı, Gəncə şəhərində isə bir anbarı vardır və vergi orqanında qeydiyyata alınıb. Gətirilən mallar üzrə bütün idxal rüsum və vergilər ödənildikdən sonra sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük nəzarətindən çıxsa da həmin malların hansı təsərrüfat subyektinə (obyektinə) boşaldılacağı barədə vergi orqanına məlumat təqdim edilməyib.
Belə olan təqdirdə, vergi orqanı tərəfindən “A” MMC-yə 4.250 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər:

85.000 x 5% = 4.250 manat.

Əgər həmin MMC mikro sahibkarlıq subyekti olarsa, bu zaman maliyyə sanksiyasının məbləği 1.700 manat təşkil edəcək:

85.000 x 2% = 1.700 manat.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?