Xəzərdə bərpaolunan enerji mənbələri ərazilərinə dair razılaşmalar əldə olunub

2024.11.26 11:36 (UTC+04:00)

Xəzər dənizində su səthlərinin bərpaolunan enerji mənbələri ərazisi kimi elan olunması işləri başa çatıb və yaxın günlərdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən bununla bağlı müvafiq müraciətlər ediləcək. Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Agentliyin direktoru Cavid Abdullayev deyib.

C.Abdullayev bildirib ki, qanunun tələblərinə görə, ilk növbədə ərazi bərpaolunan enerji ərazisi elan olunmalıdır ki, daha sonra müvafiq qaydaya uyğun olaraq işlərin icrasına başlanılsın.

“Hazırda ərazinin bərpaolunan enerji mənbələri ərazisi kimi elan olunması istiqamətində 20-dən çox qurumla razılaşmalar əldə olunub. Biz planlaşdırırq bu ayın sonunadək müraciət edək ki, o ərazilər bərpaolunan enerji mənbələri ərazisi kimi tanınsın”. Hazırda ölçmə işləri aparılır və bu işlər bitdikdən sonra danışıqlara başlanıla bilər”, - C.Abdullayev qeyd edib.