2024-cü ilin əvvəlindən Azərbaycan Rusiya Federasiyasına 31,2 min ton xurma ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 71,3 faiz təşkil edib.
“vergiler.az” Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən xəbər verir ki, eyni zamanda ölkəmizdən Rusiyaya 19 min ton nektarin (+34,2 faiz), 17,4 min ton şaftalı (+26,6 faiz), 19,5 min ton çiyələk (+10,7 faiz) və 116,2 min ton pomidor (+9,7 faiz) ixrac olunub.
Bu il ərzində Azərbaycan Rusiyaya 338,7 min ton meyvə və tərəvəz tədarük edib.