2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana gətirilən yalnız elektrik mühәrriklә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlәrinin sayı 1.792 ədədə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% çoxdur.
Bu barədə “vergiler.az” Dövlət Gömrük Komitəsinin statistikasına istinadla xəbər verir. Hesabata əsasən, ilk 7 ayda idxal edilən elektrikli avtomobillərin ümumi dəyəri 71 milyon 538.58 min dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında ölkəyə idxal edilən yalnız elektrik mühәrriklә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlәrinin sayı 1.492 ədəd, ümumi dəyəri 61 milyon 361.74 min dollar olub.