2024-cü ilin I yarısında nağdsız valyuta bazarında aparılan əməliyyatların həcmi 17,8 milyard ABŞ dolları olub.
“vergiler.az” Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, həmin əməliyyatlara ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar da daxildir.
Nağdsız valyuta əməliyyatlarının 81%-i ABŞ dollarında, 19%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28%-i banklararası valyuta bazarında (BVB), 72%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4,9 milyard ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 12,9 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.