Məqalənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.
Azərbaycanda fintex sektorunun SWOT təhlili
Texnologiya maliyyə sisteminə daha çox nüfuz etdikcə bu sistem cəmiyyətin bütün təbəqələrindən olan insanların böyük marağına səbəb olur. Xüsusilə sahibkarlar və tədqiqatçılar bu sahənin araşdırılmasında maraqlıdırlar. Tədqiqatçılar ölkədə fintexin inkişaf səviyyəsini müəyyən etmək və onun bank sisteminə təsirini qiymətləndirmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Onlardan biri SWOT təhlilinin aparılmasıdır.
Cədvəl 6. Azərbaycanda fintex sektorunun SWOT təhlili
№ |
Güclü tərəflər |
№ |
Zəif tərəflər |
1 |
Daha asan və istifadəçi yönümlü xidmətlərin təqdim edilməsi |
1 |
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun yeni qəbul edildiyi üçün fintexlərin tənzimləməsi |
2 |
Fintexlərin indiyə qədər tənzimlənməməsi ilə onların sərbəst fəaliyyət göstərmələri |
2 |
Fintexlər Mərkəzi Bankın operatoru olduğu sistem əhəmiyyətli ödəniş sistemlərinin iştirakçısı ola bilmədiklərinə görə, bütün hesablaşmaların aparılması üçün banklardan asılı olmaları |
3 |
Daha sürətli və daha sadə əməliyyatlar |
3 |
Qanunlar və qaydalar yeni qəbul edildiyi üçün onların praktiki tətbiqində boşluqların yaranması |
4 |
Açıqlıq və şəffaflıq |
4 |
Məlumatların məxfiliyinin qorunması üzrə boşluqların olması |
5 |
Hökumət dəstəyi |
5 |
Fintex sektorunda risklər daha yüksəkdir, çünki burada prudensial tələblər banklarla müqayisədə daha aşağıdır |
6 |
Banklar tərəfindən xidmət göstərilməyən əhali qrupuna maliyyə çıxışı imkanının yaradılması |
6 |
Əhalinin bir hissəsinin maliyyə texnologiyaları üzrə savadının aşağı olması həmin xidmətlərdən istifadəni azaldır |
7 |
İnternetə çıxışı olmayan əhali qrupuna özünəxidmət terminalları vasitəsilə maliyyə xidmətlərinin göstərilməsi |
7 |
Şəhər və kənd rayonları arasında eyni səviyyədə informasiya texnologiyaları infrastrukturunun olmaması maliyyə xidmətlərinə çıxışda bərabərsizlik yaradır. |
8 |
Maliyyə savadlılığının artırılması |
8 |
Məsafədən əməliyyatların aparılması zamanı fırıldaqçılığın baş verməsi bu xidmətlərdən istifadəni azaldır |
|
|
9 |
Maliyyə xidmətləri baxımından banklarla müqayisədə fintexlərə daha az etibar edilməsi |
№ |
İmkanlar |
№ |
Təhlükələr |
1 |
Ölkədə fintexlər tərəfindən yeni maliyyə xidmətlərinin təqdim edilməsi |
1 |
Maliyyə xidmətlərində texnologiyanın daha çox mənimsənilməsi daha böyük risklər yaradır |
2 |
Fintex vasitəsilə banklara innovasiyaların və texnologiyaların gətirilməsi, bank və maliyyə xidmətlərində rəqabət mühitinin formalaşdırılması
|
2 |
Kiberhücumlar |
3 |
Əhalinin yeni maliyyə texnologiyaları və innovasiyalar haqqında məlumatlandırılması |
3 |
Əhalinin yaşlanması |
4 |
Ağıllı mobil telefon cihazlarından istifadənin artması |
|
|
5 |
Əlavə iş yerlərinin açılması imkanı |
|
|
6 |
Ölkəyə investisiya axını |
|
|
7 |
Müxtəlif biznes sahələrinə tələbin artması |
|
|
Azərbaycanda aparılan SWOT təhlili nəticəsində müəyyən edildi ki, ölkədə fintexlərin böyük hissəsini əhatə edən ödənişlər və pul köçürmələri üzrə qanunvericilik bazası yeni qəbul olunduğu üçün tənzimlənmir. Təbii ki, bu sahənin tənzimlənməməsi ödəniş bazarında əlavə risklər yaradır və əhalinin fintexlərə inamının azalmasına səbəb olur. Ümumiyyətlə, fintexlər tənzimlənsə belə, banklarla müqayisədə işçilərinin daha az olması, bir çox funksiyalarının üçüncü tərəf təchizatçılara həvalə edilməsi və banklara nisbətən daha aşağı prudensial tələblərə malik olması əməliyyatlara çəkilən xərclərin aşağı düşməsinə səbəb olur. Bütün bunlar onlara bazarda baş verən dəyişikliklərə daha çevik reaksiya verməyə, qısa müddətdə bazara daha innovativ və texnologiya tutumlu xidmətlər təklif etməyə imkan verir. Fintexlər Azərbaycanın kənd yerlərində maliyyə xidmətlərindən istifadə imkanı olmayan insanlar üçün özünəxidmət terminalları vasitəsilə geniş çeşiddə ödəniş xidmətləri təklif edir. Bununla belə, banklarla müqayisədə Azərbaycanda yaşlı insanların fintexlərə və onların təqdim etdiyi xidmətlərdən istifadə imkanlarına inamı aşağıdır. Qəbul etmək lazımdır ki, innovasiya və texnologiyanın maliyyə sisteminə daha çox tətbiqi müəyyən səviyyədə daha böyük risk yaradır.
Texnologiya maliyyə sisteminə daha çox nüfuz etdikcə bu sistem cəmiyyətin
bütün təbəqələrindən olan insanların böyük marağına səbəb olur. Xüsusilə
sahibkarlar və tədqiqatçılar bu sahənin araşdırılmasında maraqlıdırlar
Sonda qeyd edək ki, fintexin Azərbaycandakı fəaliyyəti ölkəyə yeni innovativ texnologiyaların və maliyyə xidmətlərinin gətirilməsi, yeni iş potensialının yaradılması, investisiyanın cəlb edilməsi, maliyyə imkanlarının artırılması və əhalinin savadlılığının arıtrılması baxımından bir çox üstünlüklərə malikdir.
Nəticə
Fintexlərin artan təsiri cəmiyyətin bütün üzvləri tərəfindən açıq şəkildə qəbul edilir və onun aktuallığı gündən-günə artır. Fintexlərin bank sisteminə təsiri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Belə ki, aparılan elmi araşdırmalar nəticəsində müəyyən olunub ki, bəzi tədqiqatçılar fintexlərin bank sisteminə mənfi təsir göstərdiyini, bankların gəlirlərinin müəyyən hissəsinin onlar tərəfindən alındığını iddia edirlər. Bir qrup isə sübut etməyə çalışır ki, fintex ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, xüsusən də maliyyə sabitliyi, maliyyə inklüzivliyi, maliyyə savadlılığı, texnoloji innovasiyalar, yeni məhsul və xidmətlərin tətbiqi baxımından müsbət təsir göstərir.
Keyfiyyət göstəriciləri əsasında aparılan təhlillər göstərir ki, Azərbaycanda fintex təşkilatlarının sayının artması bankların qeyri-faiz gəlirlərinin azalmasına, maliyyə sektorunda rəqabət mühitinin genişlənməsinə, innovativ maliyyə xidmətlərinin artmasına, və əhalinin maliyyə savadlılığının yüksəldilməsinə gətirib çıxarıb. Bununla belə, Azərbaycanda fintexlərin inkişaf səviyyəsi nisbətən aşağıdır və bunun üçün kompleks tədbirlər həyata keçirilməlidir.