Ekspertlərlə görüş keçirilib

2024.05.27 11:06 (UTC+04:00)

Mayın 24-25-də Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində vergi, mühasibat, əmək və iqtisadi sahələrdə ixtisaslaşmış ekspertlərlə görüş təşkil olunub. DVX və vergiler.az saytının təşkilatçılığı ilə baş tutan tədbirdə Xidmətin bir sıra vəzifəli şəxsləri də iştirak ediblər. Görüşdə vergi qanunvericiliyi və inzibatçılığı, həmçinin əmək qanunvericiliyi ilə bağlı müzakirələr aparılıb, ekspertlərin aidiyyəti sahələr üzrə fikir və təklifləri dinlənilib.