Vüqar Zeynalov: “İslam bankçılığı maliyyə əlçatanlığına müsbət təsir göstərəcək”

2024.05.22 11:17 (UTC+04:00)

Azərbaycanda islam bankçılığı ilə bağlı müvafiq qanunun qəbul olunması gözlənilir.

Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov deyib.

Onun sözlərinə görə, sahibkarların maliyyə alətlərinə əlçatanlığının daha da asanlaşdırılması məqsədilə ASK tərəfindən mütəmadi olaraq iş aparılır. “Bu o demək deyil ki, islam bankçılığı olduqda maliyyə əlçatanlığı məsələsi tam həll olunacaq. Sözsüz ki, bu, güclü təsir edən alətlərdən biridir və onun vasitəsilə biz sahibkarların maliyyə əlçatanlığı ilə bağlı bir çox məsələləri həll edə bilərik. Ən əsas məsələ qanunun qəbul olunmasıdır. Sənəd bütün instansiyalarda müzakirə olunub və düşünürəm ki, yaxın 4-5 ayda qəbul oluna bilər”, - V.Zeynalov qeyd edib.